Baş nazir Nikol Paşinyan Rusiya taxılını daşıyan qatarın Azərbaycan və Gürcüstandan keçməklə Ermənistana gəlməsinə münasibət bildirib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, Paşinyanın bunu mühüm və tarixi hadisə adlandırıb.
“Ermənistanın Marqaradan Kornidzora və əks istiqamətdə — Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana yük qatarlarının tranzitini təmin etməyə hazır olduğunu bir daha bildirirəm. Yarım saat ərzində hər iki tərəfdən bir qatar keçid məntəqəsinə gələ bilər və biz keçidi idarə etməyə tam hazırıq”, – Paşinyan bildirib.