EN

Vergi artımlarından dövlət büdcəsinə 623 milyon manat əlavə gəlir daxil olacaq — DVX rəsmisi

 

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər nəticəsində dövlət büdcəsinə bir il ərzində 623 milyon manat əlavə gəlir daxil olacaq. Bu barədə Milli Məclisdə çıxışı zamanı Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov məlumat verib.

Onun sözlərinə görə, bu artımlar əsasən gəlir vergisi, aksizlər və sosial sığorta haqları üzrə dəyişikliklər hesabına formalaşacaq.

“Təklif edilən vergi artımları iqtisadiyyata yumşaq təsir göstərməklə bərabər, dövlət büdcəsinin dayanıqlı gəlir bazasının genişlənməsinə xidmət edəcək. İl ərzində bu dəyişikliklər hesabına əlavə 623 milyon manat daxilolma gözlənilir,” – İmanov qeyd edib.

Rəsmi məlumatda bildirilib ki, vergi artımları mərhələli şəkildə tətbiq ediləcək və əsas məqsəd fiskal sabitliyi qorumaq, sosial və iqtisadi proqramların maliyyələşdirilməsini təmin etməkdir.

N.Təbrizli

Chosen
53
anews.az

1Sources