EN

Rusiyada üsyançılar onlarla lokomotivi YANDIRDI – VİDEO

Rusiyada “Rusiya Azadlığı” hərəkatının üsyançıları onlarla lokomotivi yandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna QUR məlumat yayıb. Zərbələr Ukraynaya hərbi yük daşıyan qatarları hədəf alıb.

Ukrayna hərbi kəşfiyyatının açıqlamasına görə, “Rusiya Azadlığı” hərəkatının partizanları Rusiyanın dəmir yolu infrastrukturuna hücum edərək onlarla lokomotivi yandırıb.

Məlumata görə, zərbələrin əsas hədəfi Ukraynada döyüşən Rusiya ordusuna silah, sursat və hərbi texnika daşıyan vaqonlar olub.

QUR bildirir ki, partizanlar tərəfindən istifadə olunan alışdırıcı qarışıqlar lokomotivlərin idarəetmə və elektrik sistemlərini tamamilə sıradan çıxarıb.

Bu zərbələrin nəticəsində düşmən resurslarının daşınması xeyli ləngiyib və Rusiya bölmələrinin təminat sabitliyinə təsir göstərib.

QUR əlavə edib ki, hücumlar logistikanın pozulmasına səbəb olaraq Rusiya ordusunun ön xəttə sursat çatdırma imkanlarını məhdudlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
34
interpress.az

1Sources