Ermənistan Rusiyadan müxtəlif malların Azərbaycan vasitəsilə dəmir yolu ilə idxalını nəzərdən keçirir.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
Paşinyan brifinqdə 90-cı illərdən bəri ilk dəfə olaraq Rusiyadan taxıl partiyasının qonşu ölkədən tranzitlə idxalını şərh edərkən deyib ki, indi Rusiyadan müxtəlif malların idxalı üçün müraciətlər hazırlanır.