EN

Əhliman Əmiraslanov: “Kəndlərdə tibb məntəqəsi yoxdur, olanlar da yararsız vəziyyətdədir”

ain.az, Bizim media saytına istinadən bildirir.

“Bəzi kəndlərimizdə ilkin tibbi xidmət göstərmək üçün tibb məntəqələri yoxdur, olanlar da istifadəyə yararsız vəziyyətdədir. Biz ötən il Milli Məclisdə Səhiyyə Komitəsi ilə birgə Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, tanınmış mütəxəssislərin, ekspertlərin müşayiəti ilə dinləmə keçirdik. Pilot rayon da müəyyən olundu.Bizim.Media xəbər verir ki, bunu deputat Əhliman Əmiraslanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında gələn ilin büdcəsi ilə bağlı müzakirəsi zamanı deyib.“Bu sahədə müəyyən işlər getsə də, uğurlu nəticəni görmürük. Növbəti ildən hesab edirəm ki, icbari tibbi sığortanın vəsaitinin hesabına bu sahəyə də ciddi fikir verməyə ehtiyac duyulur” – deyə depuatat bildirib.Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
bizim.media

2Sources