“Vergi Məcəlləsi ölkədə iqtisadi siyasətin uğurla aparılmasında və dövlət büdvəsinin gəlirlərinin formalaşdırılmasında həlledici rol oynayan sənəddir. Qanun layihəsində 45 maddə üzrə 145 dəyişiklik təklif olunur. Təklif olunan dəyişikliklər çox geniş spektrlidir və müxtəlif sahələri əhatə edir. Vergi yükünün yüngülləşdirilməsinə hesablanmışdır”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
“Bəzi sahələr üzrə güzəştlərin tətbiq olunma müddətlərin başa çatması bəzi hallarda vergilərin tətbiqi ilə bağlı əsazsız fikirlər formalşdırır. Əslində bu, qanunvericiliyin əvvəlki qayda ilə tətbiqinə davamı deməkdir. Amma burda da humanist yanaşmalar mövcuddur. Yəni qanunun tələbləri tam şəkildə qüvvəyə minmir. Bu, diferensial qaydada yenidən vergiyə adaptasiya olunması üçün müəyyən müddətin verilməsi ilə güzəştlərin ləğvi kimi də başa düşmək olar.
Dəyişikliklərdə həm də yeni güzəştlərin tətbiqi nəzərdə tutulur”, deputat qeyd edib.