EN

Keçmiş Ukrayna əsgəri: “ABŞ muzdluları necə döyüşəcəklərini bilmirlər”

Hazırda Rusiya Silahlı Qüvvələrinin Maksim Krivonos batalyonunda xidmət edən, “Lyutik” kod adlı keçmiş Ukrayna əsgəri Ukrayna ordusunun tərkibində döyüşən ABŞ muzdluları barədə danışıb.

Publika.az xəbər verir ki, o, “Sputnik”ə müsahibəsində amerikalı muzdluların xüsusi döyüş bacarıqlarına malik olmadığını, onları fərqləndirən yeganə cəhətin müasir avadanlıqları olduğunu bildirib.

“Birgə əməliyyat keçirdik, lakin ABŞ muzdluları qarşı tərəfdə idilər. Onlarda sadəcə çoxlu silah var idi, amma əslində heç nə bilmirdilər”, - Lyutik deyib.

O əlavə edib ki, ABŞ muzdlularının təxminən yarısı rus dilində danışır və onların çoxu Ukrayna və Rusiyadan köçmüş immiqrantlardır.

Chosen
26
publika.az

1Sources