EN

İslandiya Bakıya bu heyətlə gəlir

İslandiya yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Ukrayna milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Arnar Qunnlauqsson D qrupu çərçivəsində noyabrın 13-də Bakıda Azərbaycan, 16-da isə Varşavada Ukrayna yığmasına qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.

Qapıçılar: Elias Rafn Olafsson ("Midtyullann", Danimarka), Hakon Rafn Valdimarsson ("Brentford", İngiltərə), Anton Ari Eynarsson ("Breydablik");

Müdafiəçilər: Loqi Tomasson ("Samsunspor", Türkiyə), Daniel Leo Qretarsson ("Syenneryuske", Danimarka), Hyordur Byörqvin Maqnusson ("Levadiakos", Yunanıstan), Aron Einar Qunnarsson ("Al Qarafa", Qətər), Sverrir İnqi İnqason ("Panatinaikos", Yunanıstan), Viktor Palsson ("Horsens", Danimarka), Byarki Steinn Byarkason ("Venetsiya", İtaliya);

Yarımmüdafiəçilər: Mikael Eqill Ellertsson ("Cenoa", İtaliya), Qisli Tordarson ("Lex", Polşa), İsak Berqmann Yohannesson ("Köln", Almaniya), Hakon Arnar Haraldsson ("Lill", Fransa), Andri Fannar Baldursson ("Kasımpaşa", Türkiyə), Stefan Teytur Tordarson ("Preston", İngiltərə), Yon Daqur Torsteynsson ("Herta", Almaniya), Kristian Hlinsson ("Tvente", Niderland), Yohann Berq Qudmundsson ("Əl-Zafra", Birləşmiş Ərəb Əmirlikləri), Mikael Nevill Anderson ("Yurqorden", İsveç);

Hücumçular: Andri Qudyonsen ("Blekbörn", İngiltərə), Brinyolfur Villumsson ("Qroningen", Niderland), Albert Qudmundsson ("Fiorentina", İtaliya), Daniel Qudyonsen ("Malmö", İsveç).

Qeyd edək ki, Azərbaycan - İslandiya qarşılaşması noyabrın 13-də, Bakı vaxtı ilə saat 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Chosen
12
18
fanat.az

10Sources