EN

Komitə sədrindən həyəcan təbili: Uşaq doğumu azalır!

2026-cı ildən səhiyyə xərclərinin artırılması və bunların optimal bölünməsinə baxmaq lazımdır.

Modern.az xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, səhiyyə və tibbi xidmətlər dövlətin öhdəliyindədir, özəl sektorlar bu öhdəliyə dəstək verərsə, problemlərin həllini daha tez həyata keçirə bilərik.

“Bütün dünyada uşaq doğumu azalır. Biz də 10-15 il sonra əmək bazarında problemin yaranması ilə qarşılaşa bilərik. İndidən demoqrafik inkişafla bağlı dövlət proqramı qəbul etməliyik. Bu gənc nəslin sayında azalma problemləri ilə üzləşməməyimiz üçün vacibdir”.

Chosen
29
1
modern.az

2Sources