EN

Nazirdən uşaqların peyvəndlənməsi ilə bağlı AÇIQLAMA – “2026-cı ilin sonuna qədər...”

“ÜST-ün tövsiyəsinə əsasən, uşaqların 90 faizi peyvənd olunmalıdır. Dövlət proqramında da 2026-cı ilin sonunda uşaqların 95 faizinin peyvənd olunması təsbit olunub. Uşaqlar arasında ölüm hallarının qarşısının alınması məqsədilə vəsaitin artırılması mühüm əhəmiyyət kəsb edir.

QİÇS-lə mübarizə tədbirlərinin maliyyə təminatı üçün 2025-ci illə müqayisədə 632,6 min manat çox vəsait ayrılması nzəərdə tutulub.

Bizim.Media xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında gələn ilin büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.

O bildirib ki, donor sayının ildən-ilə artması, qan torbaları, istilik alətləri, analiz və digər vacib elementlərin alınması ilə bağlı olaraq vəsaitin artırılması mühüm əhəmiyyət kəsb edir:

“Talassemiya ilə mübarizə tədbirlərinə 2025-ci illə müqayisədə gələn il 1,4 milyard manat maliyyə ayrılması nəzərdə tutulur.

Günay şahmar, Bizim.Media

Chosen
21
1
bizim.media

2Sources