EN

AÇG də ilk sərbəst qazın hasılatının başlanılması müddəti açıqlanıb

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda (AÇG) sərbəst qazın işlənməsi layihəsi çərçivəsində ilkl qaz 2026-cı ilin birinci yarısında başlanılacağı gözlənilir.

Bu barədə Bakıvaxtı.az BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin ilk doqquz ayıının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) sərbəst təbii qazla (STQ) bağlı yeni əlavənin imzalanmasından sonra ilkin hasilat quyusu planlaşdırılmış və mövcud Qərbi Çıraq platformasından təhlükəsiz şəkildə qazılmışdır. Bu quyu qiymətləndirmə baxımından da çox əhəmiyyətlidir, çünki quyudan əldə edilən məlumatlar AÇG-dəki STQ ehtiyatlarının işlənməsi üçün gələcək planların hazırlanmasına kömək edəcək.

“2025-ci ildə quyuda qazma işləri uğurla bitmiş və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layına - dayaz Qırmakıüstü Qumlu (QÜQ) və daha dərin Qırmakıaltı (QA) lay dəstlərinə çıxış təmin edilmişdir. Nəticədə QÜQ lay dəstində qaz ehtiyatlarının mövcudluğu təsdiqlənmişdir və AÇG-dən ilk STQ hasilatının 2026-cı ilin birinci yarısında həmin laydan başlanacağı gözlənilir”, - hesabatda qeyd olunur.

Bundan əlavə, QA lay dəstində də yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğu aşkar edilmişdir və bu layda 2026-cı ilin əvvəllərində sınaq işlərinin aparılması planlaşdırılır.

Qeyd edək ki, AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalandı. AÇG yatağının çıxarıla bilən STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kub futadək olduğu düşünülür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
6
bakivaxti.az

7Sources