EN

Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - Yenilənib 

Cari ilin planına əsasən, Zəfər Gününün beşilliyinin qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub...

Poliqon xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Yürüşlərdən əvvəl Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Hərbi orkestrlərin vətənpərvərlik mahnılarını ifa etmələri, həmçinin marşların sədaları altında keçirilən yürüşlər vətəndaşlarımız tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

***

Bakıda Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir.

Poliqon Trend-ə istinadən xəbər verir ki, Zəfər yürüşlərindən biri Qəzənfər Musabəyov parkından start götürüb.

Əbdürrəhim Bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti istiqamətində davam edən yürüş Şəhidlər Xiyabanında sona çatacaq.

Məlumat üçün bildirək ki, yürüşlər Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən təşkil edilir.

 
Əlavə edək ki, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Qeyd edək ki, hazırda bundan əlavə Bakıda Şəhidlər xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, eləcə də "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti istiqamətlərində də yürüşlər keçirilir.

Poliqon.info

Chosen
17
11
poliqon.info

10Sources