EN

Vergi ödəyicilərinin elektron xidmətlərlə bağlı sənədləri yalnız elektron qaydada təqdim olunacaq

Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə daxil edilmiş elektron xidmətlərlə bağlı vergi ödəyiciləri tərəfindən vergi orqanlarına göndərilən sənədlər yalnız elektron kabinet vasitəsilə elektron qaydada təqdim olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyil.

Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz:

  • onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə;
  • vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə.
Chosen
22
4
operativmm.az

5Sources