EN

Putin nüvə sınaqları ilə bağlı tapşırıq VERDİ

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, xüsusi xidmət orqanlarına və mülki qurumlara nüvə silahı sınaqlarına hazırlıq imkanı ilə bağlı təkliflər təqdim etməyi tapşırıb.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Burevestnik" və "Poseydon" sistemlərinin yaradıcılarının təltifetmə mərasimində çıxışı zamanı deyib.

"Əgər ABŞ və ya Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi müqaviləsinin digər üzvləri nüvə sınaqları keçirərsə, Rusiya müvafiq addımlar atacaq", - deyə o vurğulayıb.

Kreml Putinin nüvə sınaqları ilə bağlı sözlərinə aydınlıq gətirib. Dmitri Peskovun bildirdiyinə görə, Putin nüvə sınaqlarına hazırlıq deyil, yalnız onların mümkünlüyünün araşdırılmasını tapşırıb.

Rusiya Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsi üzrə öhdəliklərinə sadiq qalır və yalnız digər ölkələr sınaq keçirərsə, cavab addımı ata bilər.

Qeyd edək ki, ABŞ prezidenti Tramp ABŞ-ın da nüvə sınaqları keçirəcəyini açıqlayıb, buna Kreml etiraz edib. (Milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
4
olaylar.az

5Sources