EN

“Bu, bölgələrin investisiya cəlbediciliyini gücləndirəcək”

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Naxçıvan MR-in sosial-iqtisadi inkişaf proqramı çərçivəsində vergi və sosial sığorta güzəştlərinin tətbiqi, balıqçılıq və kənd təsərrüfatı sektorunun dövlət dəstəyinin genişləndirilməsi kimi tapşırıqlar nəzərə alınıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

DVX rəisi qeyd edib ki, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində regionların, xüsusilə Naxçıvan MR və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına diqqət yetirilib.

“Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, lakin mərkəzləşdirilmiş qaydada uçota alınan iri vergi ödəyicilərinin həmin ərazilərin rezidenti kimi tanınması və güzəştlərdən yararlanması bu bölgələrin investisiya cəlbediciliyini, ixrac potensialını və infrastruktur inkişafını daha da gücləndirəcək”.

Nuranə Daxilqızı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
65
qafqazinfo.az

1Sources