EN

Özbəkistan Kanada və Panama ilə ÜTT-yə üzvlük danışıqlarını başa çatdırıb

BAKI, 6 noyabr. TELEQRAF

Özbəkistan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi çərçivəsində Kanada və Panama ilə bazarlara çıxış üzrə ikitərəfli danışıqları uğurla başa çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin ÜTT üzrə nümayəndəsi Azizbek Urunov məlumat verib.

Urunov bildirib ki, Özbəkistan tamhüquqlu üzvlük üçün daha üç ölkə ilə müqavilə bağlamalıdır. Amma onların siyahısı hələ açıqlanmayıb.

Oktyabrın sonunda Özbəkistan Avropa İttifaqı (Aİ) ilə danışıqları tam başa çatdırıb. Aİ Özbəkistanla ikitərəfli danışıqları yekunlaşdıran 31-ci ÜTT üzvü olub.

“Artıq 31 ölkə danışıqlar yekunlaşıb, cəmi üçü qalıb”, - prezidentin elçisi əlavə edib.

Chosen
88
teleqraf.com

1Sources