EN

Anar Əliyev: 7 ildə sosial islahatların maliyyə tutumu 7,6 milyard manata çatıb

BAKI, 6 noyabr. TELEQRAF

“Son 7 ildə 4 mln. vətəndaşımızı əhatə edən 5 böyük sosial islahat zərfi icra edilmiş və bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat təşkil etmişdir”.

Teleqraf xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

O bildirib ki, cari ildə 5-ci sosial islahat zərfi çərçivəsində 1 yanvar tarixindən minimum əməkhaqqı 16% artırılaraq 400 manata, 1 fevral tarixindən isə minimum pensiya 14.3%artırılaraq 320 manata çatdırılmışdır:

“Növbəti ilin dövlət büdcəsində sosialyönlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1,4% çox olmaqla 17 milyard 146 milyon manat təşkil edir.

Sosialyönlü xərclərin dövlət büdcəsində xüsusi çəkisinin 41,1% olması nəzərdə tutulur ki, bu da son 7 ildə müvafiq istiqamətdə ayrılan vəsaitin həcminin 2,2 dəfə artımı deməkdir (7,8 mlrd. manatdan 17.1 mlrd. manata).
Bununla yanaşı, 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır”, nazir qeyd edib.

Chosen
25
teleqraf.com

1Sources