EN

Gürcüstan Baş naziri: Belə bir Avropa İttifaqının üzvü olmaq istəmirik

ain.az, Sherg.az saytına istinadən bildirir.

“Biz istəyirik ki, Gürcüstan yenilənmiş, bərpa olunmuş bir Avropa İttifaqının üzvü olsun, bu gün gördüyümüz Avropa İttifaqının yox”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

Hökumət başçısının sözlərinə görə, Avropa İttifaqının bu gün üzləşdiyi iqtisadi-siyasi problemlər onun faciəvi vəziyyətinin nəticəsidir:

“Baş verənlər suverenliyin itirilməsinin nəticəsidir ki, Avropa İttifaqı iqtisadiyyatının dünya iqtisadiyyatındakı payı 30 faizdən 17,5 faizə enib və ilbəil azalır. Bu faciəvi vəziyyətin əks-sədası həm iqtisadi, həm də siyasi böhran şəklində özünü göstərir. Bunların hamısı Avropa bürokratiyasının suverenlik itkisi ilə bağlıdır”.

Baş nazir ümid etdiyini bildirib ki, Avropa məkanı öz dəyərlərinə - demokratiya, insan haqları və güclü iqtisadiyyata qayıdacaq və Gürcüstan da məhz belə bir Avropa İttifaqının üzvü olmaq istəyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
2
sherg.az

3Sources