Banco.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 134 mln. 724 min manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, yığımlar 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 8 milyon 722 min manat və ya 6.9% artıb.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə illik müqayisədə 6.4% və ya 5 milyon 995 min manat artaraq 98 mln. 983 min manata yüksəlib.
Qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu sığorta üzrə yığımların məbləği 126 mln. 2 min manat, ödənişlərin məbləği isə 92 milyon 988 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.