EN

Naxçıvanda “Zəfər irsi” konfransı

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Muxtar respublikada 8 Noyabr Zəfər Gününün 5-ci ildönümünün qeyd olunması ilə bağlı tədbirlər planı çərçivəsində Naxçıvan Dövlət Universitetində “Zəfər irsi” adlı konfrans keçirilib.

Dövlət və hökumət rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri açılş mərasimində Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində son 22 ildə milli birliyimiz daha da güclənib. Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında xalq-dövlət-ordu birliyi həlledici amil olub. 8 Noyabr milli qürur və tarixi qələbəni qazananalara xalqın minnətdarlıq günüür.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası ən böyük Qələbəmiz kimi tarixə əbədi həkk olunub və 5-ci ildir ki, 8 Noyabr Zəfər Gününü milli qürur duyğusu ilə qeyd edirik. Konfrans 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin hərbi-siyasi, diplomatik, iqtisadi və mədəni aspektlərini elmi müstəvidə araşdırmaq, zəfərin yaratdığı yeni reallıqları və regionda sülhün bərqərar olunmasında rolunu müzakirə etmək məqsədli təşkil olun.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu Abdullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, AMEA Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Milli Məclisinin deputatı Vüqar Rəhimzadə 8 Noyabr Zəfər Gününün tarixi-siyasi önəmindən danışıb, regiona gətirdiyi yeni perspektivləri vurğulayıblar. Onlar tarixi zəfərə aparan yolda Prezident İlham Əliyevin qətiyyət və əzmkarlığından, xalqımızın birliyindən bəhs ediblər.

Mərasimdə ali məktəbin simfonik orkestri konsret proqramı ilə çıxış edib.

Konfrans “Zəfər tarixi və hərbi siyasi irs”, “Tarixi zəfərdən sonra: iqtisadiyyat və yenidənqurma”, “Tarixi zəfərimz mediada”, “Müharibə və sülh proseslərində beynəlxalq hüququn tətbiqi” mövzularında panel müzakirələrlə davam edib.

Səbuhi HƏSƏNOVXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
xalqqazeti.az

7Sources