EN

Azərbaycanla Ermənistan barışır: Rusiya öz adına çıxır

Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan ərazisindən Rusiya ilə Ermənistan arasında dəmir yolu xəttinin açılması Cənubi Qafqazda sülhə real töhfə verib.

Publika.az xəbər verir ki, Overçukun sözlərini TASS sitat gətirib.

Bundan əvvəl yeni nəqliyyat marşrutu ilə ilk dəfə olaraq Rusiyadan buğda partiyası Ermənistana çatdırılıb. "Biz Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında Azərbaycan Respublikası və Gürcüstan ərazisindən keçən dəmir yolu əlaqəsinin başlanmasını alqışlayırıq", - Baş nazirin müavini bildirib.

O qeyd edib ki, Ermənistan müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, iki ölkə arasında birbaşa dəmir yolu əlaqəsi yaradılır. Overçukun sözlərinə görə, bu hadisə “Cənubi Qafqazda sülhün bərqərar olmasına real, nəzərəçarpacaq töhfədir” və eyni zamanda Rusiyanın regiondakı bütün dövlətlər üçün regional sabitliyin və iqtisadi inkişafın təşviqi üzrə səylərini nümayiş etdirir.

Overçuk vurğulayıb ki, yeni marşrut Rusiyanın region ölkələri ilə nəqliyyat əlaqələrini gücləndirir, Avrasiya İqtisadi Birliyinin digər üzv ölkələrinin malları üçün Ermənistan bazarlarına çıxış imkanlarını artırır və erməni istehsalçıları üçün ittifaq bazarlarına çıxış imkanlarını artırır.

Chosen
59
publika.az

1Sources