EN

İnsan Hüquqları üzrə Müvəkkil Zəfər Gününün 5 ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsan Hüquqları üzrə Müvəkkil Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib.

Bu barədə Moderator.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilir ki, 2020-ci il 27 sentyabr tarixində Ermənistanın silahlı qüvvələri işğal siyasətini davam etdirmək məqsədilə azərbaycanlı mülki əhalinin sıx yaşadığı yaşayış məntəqələrini intensiv şəkildə və ağır silahlardan istifadə etməklə atəşə tutaraq müharibə cinayətləri törədib.

Nəticədə çoxsaylı dinc insanlar həlak olub, yaralanıb, mülki, inzibati və sosial obyektlər dağıdılıb.

Bu hərəkətlərlə Ermənistan beynəlxalq hüququn, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, gücdən istifadə etməmək və mübahisələri sülh yolu ilə həll etmək prinsiplərini pozaraq, Azərbaycanın suveren ərazisinə hərbi təcavüz etməklə sülh və təhlükəsizliyə, insanların həyat və sağlamlığına ciddi təhdidlər yaradıb.

Azərbaycan BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək, vətəndaşların həyat və sağlamlığının müdafiəsi, otuz ilə yaxın müddət ərzində işğal altında qalmış torpaqlarımızın azad olunması məqsədilə əks-hücum əməliyyatları həyata keçirib.

"Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, xalqımızın həmrəyliyi ilə rəşadətli ordumuz cəmi 44 gün ərzində ərazilərimizi işğaldan azad etdi və bununla da tarixi uğura imza atmaqla şanlı Zəfər sevincini xalqımıza yaşatdı.

Müharibədən sonrakı dövrdə sülh və əmin-amanlıq üçün təhlükə yaradan separatçı qüvvələrin təxribat əməllərinin qarşısının alınması, habelə insan hüquq və azadlıqlarının qorunması məqsədilə 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatları həyata keçirildi. Vətən müharibəsi və antiterror tədbirləri zamanı əldə olunmuş qələbə nəticəsində dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin edildi, regionda insan hüquq və azadlıqlarının qorunması üzrə geniş imkanlar yarandı" - bəyanatda bildirilib.

Daha sonra sənəddə deyilir ki, sari ilin avqust ayında ümumilikdə Cənubi Qafqazda dayanıqlı sülhün təmini məqsədilə Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton şəhərində görüşü zamanı “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması ilə regionda yaşayan xalqların sülh şəraitində, bir-birlərinin daxili işlərinə qarışmadan firavan həyat sürmələri üçün münbit şəraitin əsası qoyulub.

Bütün müsbət irəliləyişlərə baxmayaraq, işğal və müharibə dövründə itkin düşmüş soydaşlarımızın taleyinin aydınlaşdırılması, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərimizə təhlükəsiz və ləyaqətli qayıdış hüququnun tam təmini və minatəmizləmə prosesinin sürətləndirilməsi məqsədilə dəqiq mina xəritələrinin ölkəmizə təqdim olunması kimi həlli vacib olan problemlər isə hələ də qalmaqdadır.

"Qeyd etmək istərdik ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatları beynəlxalq hüquq normalarının təmini, müharibə nəticəsində pozulmuş insan hüquq və azadlıqların bərpası, dayanıqlı inkişafın və daimi sülhün bərqərar edilməsi üçün birgə təşəbbüslərini əsirgəməməlidir.

Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması uğrunda həyatlarını itirmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ölkəmizə, regiona və dünyaya davamlı sülh və əmin-amanlıq arzu edirik" - bəyanatda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
23
moderator.az

10Sources