EN

Ermənistana buğda aparan qatar artıq Bakıdadır - VİDEO - FOTO

Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb.

Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycandan tranzit keçməklə yüklər Ermənistana göndərilir.

"Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1048 ton 800 kq taxıl yüklü 15 vaqon ötən gün Böyük Kəsik stansiyasından Ermənistana göndərildi. Yüklər Gürcüstana, oradan isə Ermənistana daşınır", - Bəxtiyar Hacıyev qeyd edib.

Onun sözlərinə görə, həmçinin Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb. Qazaxıstandan göndərilən min tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub. Qatar artıq Biləcəri stansiyasındadır. Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirəcək və yüklər Böyük Kəsik stansiyasından yola salınacaq.

"Həm Rusiya, həm də Qazaxıstandan Azərbaycan vasitəs/APA

Chosen
13
18
7news.az

10Sources