EN

ADY: Azərbaycandan tranzit keçməklə Ermənistana yükdaşımalar davam edəcək VİDEO

Bakı, 6 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda bəyan etdiyi kimi Ermənistana tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlaması zamanı deyib.

“Qazaxıstandan Ermənistana göndərilən 1000 ton, 15 vaqon taxıl yükü Biləcəri stansiyasına çatıb. Qatar Biləcəri stansiyasından Gürcüstana oradan isə Ermənistana yola salınacaq. Gələcəkdə də Azərbaycandan tranzit keçməklə Ermənistana yükdaşımalar davam edəcək”, - deyə qurum rəsmisi əlavə edib.

Chosen
16
3
azertag.az

4Sources