Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova ilə bağlı intizam tənbehi tətbiq edilib.
Modern.az xəbər verir ki, regional idarə tərəfindən Sevinc Həsənovaya Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən “şiddətli töhmət” elan edilib.
Bildirilib ki, aparılan araşdırmalar nəticəsində onun işində bir sıra idarəetmə və nizam-intizam qaydalarının pozulduğu müəyyənləşib.