EN

Ukrayna “Lukoyl”un neft emalı zavodunu vurdu

Rusiyanın Volqoqrad şəhərində yerləşən “Lukoyl” - Volqoqradneftepererabotka” neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə hücum edilib.

Sitat.info xəbər verir ki, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov zavoda pilotsuz təyyarənin hücumunu təsdiqləyib.

“Volqoqradın bir sıra rayonlarında yaşayış binalarının və nəqliyyat vasitələrinin şüşələrinin zədələnməsi qeydə alınıb. Krasnoarmeyski rayonundakı sənaye zonasında yanğın baş verib”, – Boçarov bildirib.

Eyni zamanda, sosial şəbəkələrdə yayılan məlumatlarda iddia edilir ki, Rusiyanın “Pantsir” hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan raket Volqoqradda hündürmərtəbəli binaya düşüb.

Chosen
17
8
sitat.info

9Sources