EN

Azərbaycan Basketbol Liqası: VI tura start verilir

Azərbaycan Basketbol Liqasında VI tura bu gün start veriləcək.
Tribunainfo.az xəbər verir ki, günün yeganə matçında “Lənkəran” “Sumqayıt”ı qəbul edəcək.
Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.
Meydan sahibləri B qrupunda 7 xalla üçüncü, “gənclik şəhəri” təmsilçisi 6 xalla altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.
Chosen
12
4
tribunainfo.az

6Sources