Bakı. Trend:
Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılıdaşıyan 15 vaqondan ibarət yük qatarı Biləcəri DəmiryolStansiyasından yola salınıb.
Trend xəbərverir ki, yük Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu üzrədaşınır.
Daha sonra qatar Gürcüstana keçməklə Ermənistanın Dalarikstansiyasına gedəcək.
Xatırladaq ki, qatar noyabrın 4-də saat 00:15-də Rusiyadan yolasalınıb və ümumi çəkisi 1 048,8 ton olan buğda daşıyır.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-dəQazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, AzərbaycanErmənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütünməhdudiyyətləri aradan qaldırıb.