EN

Ukraynadan CAVAB GECİKMƏDİ: Rusiyanın ən böyük elektrik stansiyası YANIR - VİDEO

Ukrayna Rusiyanın Kostroma vilayətinin Volqoreçensk şəhərində yerləşən İES-ə güclü zərbə endirib.

Musavat.com xəbər verir ki, hücum nəticəsində obyekt ciddi zədələnib.

Yerli mənbələr müəssisə ərazisində partlayış və yanğınların baş verdiyini bildirirlər.

Qeyd edək ki, Kostroma İES-in ümumi gücü 3720 MVt təşkil edir və bu göstəriciyə görə, Rusiyada üçüncü ən böyük istilik elektrik stansiyası sayılır. Müəssisədə səkkiz ədəd 300 MVt-luq K-300-240 turbin və bir ədəd 1200 MVt-luq K-1200-240-3 turbin fəaliyyət göstərir.

Stansiya Rusiyanın mərkəzi bölgəsinin, o cümlədən müdafiə sənayesi obyektlərinin enerji təchizatında mühüm rol oynayır.

Musavat.com

Chosen
22
2
musavat.com

3Sources