EN

Malayziya universitetində sərgidə Azərbaycanın mədəni irsi və turizm potensialı nümayiş olunur  

Azərbaycan Malayziyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Malayziya Beynəlxalq İslam Universitetinin (“International Islamic University Malaysia”, IIUM) nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi ilə birgə ənənəvi keçirilən sərgidə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, müsəlman ölkələrinin mədəniyyəti və turizminin təbliğatına həsr olunan sərgidə Malayziya, İndoneziya, Oman, Yəmən, Suriya da daxil olmaqla bir neçə ölkənin milli stendləri sərgilənib.

Malayziyadakı səfirliyimizin təşkilatçılığı ilə Azərbaycan milli stendində xalqımızın zəngin mədəni irsi və ölkəmizin turizm imkanları təqdim olunur. Stendi ziyarət edənlərə Azərbaycanın tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər, mövcud turizm marşrutları, UNESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına salınan nümunələr, eləcə də qış turizm imkanları barədə ətraflı məlumat verilir, milli geyimlərimiz, xalçalarımız, kəlağayı və digər sənətkarlıq nümunələri nümayiş etdirilir.

Sərginin açılış mərasimində Malayziyanın dini işlər nazirinin müavini Zulkifli Hasan, diplomatik korpusun nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Sərgi noyabrın 7-dək davam edəcək.

Chosen
19
1
azerbaijan-news.az

2Sources