EN

Qazaxıstan taxılı daşıyan qatar Azərbaycan üzərindən Ermənistana yola düşüb

Azərbaycan ərazisindən tranzit keçidlə Ermənistana Qazaxıstan buğdası daşıyan 15 vaqonlu yük qatarı Biləcəri Dəmiryol Stansiyasına çatıb.

Qatar Yalama–Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə hərəkət edir və daha sonra Gürcüstan ərazisindən keçərək Ermənistanın Dalarik stansiyasına istiqamətlənəcək.

Qatar noyabrın 4-də saat 00:15-də Rusiyadan yola salınıb və ümumi çəkisi 1 048,8 ton buğdadan ibarətdir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Astanada bəyan edib ki, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı 1990-cı illərdən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Prezidentin sözlərinə görə, ilk tranzit yük Qazaxıstanın Ermənistana buğda ixracı olub.

Aytac Zeynalova 

Chosen
14
1
anews.az

2Sources