EN

Tramp: ABŞ-ni “bitkoin superdövləti”nə çeviririk...

ABŞ prezidenti kriptovalyuta sahəsində liderliyini qorumaq niyyətindədir...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkəsini qlobal kriptovalyuta sektorunda aparıcı mərkəzə çevirmək niyyətini açıqlayıb. 

“Biz ABŞ-ı bitkoin superdövləti, dünyanın kripto paytaxtına çeviririk”, deyə Tramp bəyan edib.

Prezident əlavə edib ki, əgər Amerika bu sahəyə ciddi yanaşmasa, Çin liderliyə can atacaq.

“Biz Çindən əhəmiyyətli dərəcədə irəlidəyik. Lakin əgər kriptovalyutanı düzgün inkişaf etdirməsək, bunu Çin edəcək. Onlar artıq bu istiqamətdə fəal hərəkət edir və daha çox şey etmək istəyirlər”, deyə Tramp çıxışı zamanı bildirib.

Trampın sözlərinə görə, əgər ABŞ bu sektora nəzarəti ələ almasa, böyük iqtisadi sahəni itirə bilər.

Açıqlama bitkoin bazarında müşahidə edilən eniş fonunda səslənib. Binance birjasının 5 noyabr məlumatına əsasən, bitkoinin dəyəri müvəqqəti olaraq 99 908 dollara qədər düşüb, daha sonra 101 400 dollara yüksəlib. Bu, 2025-ci ilin iyunundan bəri ilk dəfədir ki, kriptovalyuta psixoloji 100 min dollar həddinin altına enib.

Ekspertlər bildirirlər ki, bazar 10 oktyabrda 19 milyard dollarlıq kapital çıxışı ilə başlayan eniş tendensiyasını davam etdirir. Bu proses mayninq şirkətlərinin səhmlərinə də təsir göstərib – əksəriyyətinin dəyəri bir neçə faiz azalıb.

İnvestorlar zərərlərini fiksə edir, kriptosahəyə maraq müvəqqəti azalır, lakin Trampın bəyanatı Vaşinqtonun bu sektoru strateji iqtisadi istiqamət kimi görməyə başladığını göstərir.

Poliqon.info

Chosen
37
poliqon.info

1Sources