EN

Rusiya bu ilin sonunadək Ermənistan istiqamətində daha 132 vaqon buğdagöndərəcək

 Rusiya 2026-cı ilin yanvar ayının sonunadək Ermənistan istiqamətində daha 132 vaqon buğdanı Azərbaycanın ərazisindən keçən yeni dəmir yolu marşrutu ilə göndərməyi planlaşdırır, — Rusiya Nəqliyyat Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, ilk partiya — 1 min tondan artıq buğda — artıq Ulyanovsk vilayətinin Dimitrovqrad stansiyasından yola salınıb. Ümumilikdə 15 vaqonluq buğda qatarı Azərbaycan üzərindən keçərək Gürcüstan-Ermənistan sərhədini keçib və yük Cənubi Qafqaz Dəmir Yolunun Dalarik stansiyasına çatdırılıb.

Qeyd olunub ki, yeni logistik marşrutun təşkili Ermənistan istiqamətində yük tranzitinin Azərbaycan ərazisindən bərpasından sonra mümkün olub. Bu, 1990-cı illərdən bəri ilk belə dəmir yolu daşınmasıdır.

Nazirlik, həmçinin, bu marşrutla digər kateqoriyadan olan yüklərin daşınmasının da nəzərdən keçirildiyini bildirib.

N.Təbrizli

Chosen
19
17
anews.az

10Sources