EN

Rusiya  75 Ukrayna PUA-sını VURDU

Rusiya Müdafiə Nazirliyi, gecə ərzində Rusiya bölgələri üzərində Ukraynaya məxsus 75 pilotsuz uçan aparatın məhv edildiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki,  nazirliyin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı növbətçi sistemlər 75 pilotsuz təyyarəni ələ keçirərək zərərsizləşdirib.

Volqoqrad vilayəti üzərində 49, Krım üzərində 7, Voronej vilayətində 6, Rostov vilayətində 4, Belqorod vilayətində 3, və Oryol vilayətində 2 pilotsuz uçan aparat vurulub. Bununla yanaşı, Moskva, Kursk, Lipetsk və Tambov vilayətlərində də hər bir PUA zərərsizləşdirilib.

Chosen
15
veteninfo.az

1Sources