EN

İran raket proqramını danışıqlardan çıxardı

BAKI,TurkicWorld

İran öz raket proqramını Qərb və ABŞ ilə aparılan müzakirələr mövzularının siyahısından çıxarıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran nüvə danışıqlarına hazırdır, lakin ölkənin raket qabiliyyətləri və ya “urannın sıfra endirilməsi” tələbi müzakirə mövzusu olmayacaq. Əraqçi vurğulayıb ki, İran “qarşılıqlı qazanclara əsaslanan ədalətli nüvə danışıqlarına hazırdır”.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi isə qeyd edib ki, İranın beynəlxalq müfəttişlərlə əməkdaşlığı “qanlı-qadalı qarşıdurmanın qarşısını almaq üçün ciddi şəkildə yaxşılaşmalıdır”. Onun sözlərinə görə, İranın əməkdaşlığı hələ də məhduddur və bir sıra mühüm nüvə obyektləri beynəlxalq yoxlamalara bağlı olaraq qalır.

Qrossi əlavə edib ki, agentlik “Tehranla gərgin münasibətləri təmkinlə idarə etməyə çalışır, lakin müharibə səbəbilə İranın öhdəliklərindən azad olunmasını qəbul edə bilməz”.

Chosen
39
turkic.world

1Sources