EN

Trampdan Şaraaya jest - İran, İŞİD və “Hizbullah”la mübarizə apardığına görə

BAKI, 6 noyabr. TELEQRAF

Suriya hökumətinin İŞİD, “Hizbullah” və İrana qarşı atdığı addımlar bu ölkənin “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxarılması üçün inandırıcı əsas yaradır.

Teleqraf xəbər verir ki, bu barədə Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun materialında bildirilib.

Suriya Prezidenti Əhməd Şaraa noyabrın 10-da Vaşinqtona səfər edəcək. Bu səfər onun ABŞ Prezidenti Donald Tramp ilə ilk görüşündən təxminən altı ay sonra baş tutacaq.

ABŞ-nin xüsusi elçisi Tomas Barak deyib ki, Şaraanın səfəri zamanı Suriyanın ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq anti-İŞİD koalisiyasına qoşulmasına dair sazişin imzalanacağı gözlənilir.

İnstitutun fikrincə, bu proses çərçivəsində ABŞ hökuməti Suriyanın adını “terroru dəstəkləyən ölkələr” siyahısından çıxarmaq istiqamətində addımlar ata bilər:

“Bu siyahı ilə bağlı qanunların elastikliyi və Şaraanın İŞİD, “Hizbullah” və İranla mübarizə istiqamətində atdığı addımları nəzərə alsaq, belə bir qərar üçün əsaslı səbəb mövcuddur”.

Chosen
35
teleqraf.com

1Sources