EN

SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib

Bakı. Trend:

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) nəzdində fəaliyyətgöstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimikeçirilib.

Tədbirdə SOCAR-ın vitse-prezidentləri, AzərbaycanRespublikasının Elm və Təhsil Nazirliyinin nümayəndələri, Bakı AliNeft Məktəbinin rəhbər heyəti, valideynlər, tələbələr və şagirdləriştirak ediblər.

Açılış mərasimində çıxış edən SOCAR-ın vitse-prezidenti ZibaMustafayeva SOCAR-ın sosial layihələrə, xüsusilə təhsil və elmsahələrinin inkişafına xüsusi önəm verdiyini və bu istiqamətdə daimdəstək göstərdiyini vurğulayaraq Bakı Ali Neft Məktəbinin, yeniyaradılan Rəqəmsal Biliklər Liseyinin mühüm layihələrdən olduğunuqeyd edib.

SOCAR-ın vitse-prezidenti Rəqəmsal Biliklər Liseyinin qısamüddət ərzində yüksək nəticələr əldə etdiyini bildirib. ZibaMustafayeva liseydə yalnız nəzəri biliklərin deyil, həm də təcrübəimkanlarının təqdim olunacağını vurğulayaraq şagirdləri yaradılanimkanlardan maksimum faydalanmağa və dərslərində, sosialfəaliyyətlərdə aktiv olmağa çağırıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışındaRəqəmsal Biliklər Liseyinin ölkədə insan kapitalının inkişafındamühüm rol oynayacağını qeyd edib. O liseydə şagirdlərə rəqəmsalbacarıqlarla yanaşı, sosial bacarıqların da aşılanmasıistiqamətində məqsədyönlü işlərin aparıldığını və yaxın gələcəkdəbu təhsil ocağının orta təhsil müəssisələri arasında xüsusifərqlənəcəyini vurğulayıb.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev liseyinfəaliyyətinə uğurlar arzulayaraq burada yüksək nəticələr əldəolunacağına inamını ifadə edib.

Tədbirdə şagirdlərin ifasında 8 Noyabr – Zəfər Gününün beşinciildönümünə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim edilib.

Məqalədə:
Chosen
39
5
az.trend.az

6Sources