EN

Rusiya buğdasını daşıyan qatar artıq Azərbaycan üzərindən keçdi

Bu, sülh gündəliyinə böyük töhfədir

“İlham Əliyevin bəyanatından cəmi 15 gün sonra nəticə ortadadır” 

Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi bəyanata uyğun olaraq, Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib.
Noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb. Bu, müharibədən sonra ilk dəfə olaraq Azərbaycan ərazisindən Ermənistana tranzit yük daşınmasının həyata keçirilməsi kimi tarixə düşüb.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. 

Politoloq Sona Əliyeva “Şərq”ə açıqlamasında deyib ki,  Azərbaycan logistika imkanları və coğrafi baxımdan elə bir mövqedədir ki, istər Şərq-Qərb, istər Şimal-Cənub, istərsə də Orta Dəhliz layihələrində əsas mərkəz rolunu oynayır: 

“Ən son yayılan məlumata görə, Rusiyadan Ermənistana gedən buğda yüklü qatar artıq Azərbaycan ərazisindən Gürcüstan istiqamətinə keçib. Rusiya buğdasını daşıyan qatar tezliklə Ermənistana çatacaq.  Azərbaycan tərəfinin bu istiqamətdə gördüyü işləri Qazaxıstan, Rusiya və Ermənistan rəsmiləri də yüksək qiymətləndirirlər. Fikrimcə, bu hadisə qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi üçün böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etmişdi. Artıq bu bəyanatdan 15 gün keçməmiş ortada ciddi nəticələr mövcuddur. Bu hadisə Zəngəzur dəhlizinin açılması məsələsində də müəyyən nailiyyətlərə gətirib çıxaracaq. Üstəlik, Azərbaycanın iki şərtinin Ermənistan tərəfindən yerinə yetirilməsi prosesinə də mühüm töhfələr verəcəkdir”.

Şəymən

Chosen
24
sherg.az

1Sources