Bu gecə Volqoqrad sakinləri 30-dan çox partlayış səsi eşidiblər.
KONKRET.az xəbər verir ki, şəhər hərbi əməliyyatların başlanmasından bəri Ukrayna PUA-larının (pilotsuz uçuş aparatlarının) ən genişmiqyaslı hücumuna məruz qalıb. Hücum təxminən 7 saat davam edib.
Dronlardan biri çoxmərtəbəli yaşayış binasına zərbə endirib.
Nəticədə bir kişi həlak olub.
Günel Mikayılova,
KONKRET.az