EN

Aİ vizasız gediş gəlişlə bağlı öhdəliklər siyahısını Ermənistana verdi

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistan və Avropa İttifaqı arasında vizasız gediş-gəlişlə bağlı danışıqların başlamasından bir il sonra Brüssel rəsmi olaraq Ermənistana yerinə yetirməli olduğu öhdəliklərin siyahısını (VLAP) təqdim edib.

Yeniavaz.com xəbər verir ki, Ermənistanın daxili işlər naziri Arpin Sarkisyan noyabrın 5-də İrəvanda Avropa Komissiyasının miqrasiya və daxili işlər üzrə baş direktorunun müavini Yohannes Luçnerlə görüşüb və ondan VLAP-ı alıb.

Sarkisyanın sözlərinə görə, fəaliyyət planı vətəndaşların mobilliyi və ictimai təhlükəsizlik sahələrində islahatların strateji çərçivəsini təmsil edir və Ermənistanla Avropa İttifaqı arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində əsas addım olacaq.

Fəaliyyət Planının təqdimatı 2024-cü ilin sentyabrında Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılmasına dair rəsmi danışıqların başlanmasından sonra keçirilib.

Aİ nümayəndələri vurğulayıblar ki, Aİ Şurası və Avropa Parlamenti yekun qərar qəbul etməzdən əvvəl Ermənistan bütün meyarlara tam cavab verməlidir.

Qeyd edək ki, 2025-ci ilin martında Ermənistan parlamenti hökuməti Avropa İttifaqına üzvlük üçün müraciət etməyə çağıran qanun qəbul edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
1
yeniavaz.com

2Sources