Ağdərədə yük maşını aşıb.
Bizim.Media xəbər veror ki, hadisə rayonun Canyataq kəndi ərazisində qeydə alınıb.
Belə ki, "HOWO" markalı yük maşının aşması nəticəsində sürücü, 1976-cı il təvəllüdlü Tağıyev Elşən Zirəddin oğlu oğlu ağır xəsarət alıb.
Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)