EN

Çin alimləri demək olar ki, gerçəyindən seçilməyən bionik meduza yaradıblar

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çinin Şimal-Qərb Politexnik Universitetinin (NPU) mühəndisləri canlı təbiət ilə robot texnologiyası arasındakı sərhədi silərək, həqiqi meduzanın davranışını demək olar ki, mükəmməl şəkildə təqlid edən miniatür “meduza robot” hazırlayıblar.

Bizimyol.info xəbər verir ki, qurğunun diametri cəmi 12 santimetr, çəkisi isə 56 qramdır.

“Su altı ruh” adlandırılan bu bionik meduza elektrik-hidravlik əzələ hərəkətvericiləri və hidrogel elektrodlarla təchiz edilib. Bu texnologiya sayəsində robot suda meduzanın təbii dalğavari hərəkətlərini dəqiqliklə təkrarlayır. Qurğunun enerji sərfiyyatı cəmi 28,5 millivattdır ki, bu da onu uzunmüddətli sualtı müşahidə və kəşfiyyat missiyaları üçün ideal edir.

Bundan əlavə, robot kamera və süni intellekt çipi ilə təchiz olunub; bu sistem sualtı obyektləri tanımaq və izləmək qabiliyyətinə malikdir. Professor Kay Tao (Kai Tao) rəhbərliyində hazırlanmış bu layihə NPU-nun biomimetika — təbiətdən ilham alan texnologiyaların yaradılması — proqramının bir hissəsidir.

Professor Tao bildirib ki, aşağı səs səviyyəsi və yüksək realizm sayəsində bionik meduza gizli müşahidə, ekoloji monitorinq və sualtı obyektlərin yoxlanılması üçün son dərəcə uyğundur.

Lakin alimlər mümkün risklərə də diqqət çəkirlər: məsələn, dəniz tısbağaları kimi yırtıcılar süni meduzanı qida kimi qəbul edə bilər, bu isə heyvanlar üçün təhlükə yarada bilər.

"New Atlas" nəşrində dərc olunan bu ixtira dünyanın müxtəlif ölkələrində aparılan “ağıllı” biohibrid qurğuların yaradılmasına yönəlmiş elmi səylərin bir hissəsidir. Qeyd edək ki, bundan əvvəl Kaliforniya Texnologiya İnstitutunda (Caltech) da təbiətlə etik şəkildə qarşılıqlı əlaqə qura bilən sualtı bioaparat layihəsi təqdim edilmişdi.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
74
bizimyol.info

1Sources