UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunun yekunlarına əsasən həftənin ən yaxşı futbolçusu adına dörd namizədi açıqlayıb.
İdman.Biz bu barədə UEFA-nın rəsmi saytına istinadən məluma verir.
Siyahıya Mikel Merino (“Arsenal”), Fil Foden (“Mançester Siti”), Karluş Borjes (“Brügge”) və Viktor Osimhen (“Qalatasaray”) daxil edilib.
Məlumat üçün əlavə edək ki, növbəti - V turun oyunları noyabrın 25-i və 26-da baş tutacaq.