EN

Rutte ələ saldı: Putinə sadəcə prezident kimi maaş verilir

ain.az, Axar.az portalına istinadən məlumat verir.

NATO Baş katibi Mark Rutte Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı sınaqları ilə bağlı açıqlamasını ironik şəkildə şərh edib.

Axar.az xəbər verir ki, M.Rutte Rumıniya Prezidenti Nikuşor Danla birgə mətbuat konfransı zamanı bu barədə fikir bildirib.

“Mən uzun müddətdir ki, Putinin təşkil etdiyi iclasları şərh etmirəm. Ona Rusiya prezidenti olaraq maaş verirlər, ona görə də bu iclasları təşkil edir”, - deyə Rutte bildirib.

Xatırladaq ki, 5 noyabrda Rusiya Təhlükəsizlik Şurasının iclasında Putin təhlükəsizlik qüvvələrinə və mülki xidmətlərə nüvə silahı sınaqlarına hazırlaşmaq tapşırığı verib. O, ABŞ Prezidenti Donald Trampın nüvə sınaqları açıqlaması ilə bağlı yaranan vəziyyəti ciddi məsələ adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
axar.az

1Sources