EN

Suriya Prezidenti COP30 Liderlər Zirvəsinə qatılacaq

Suriya Prezidenti Əhməd əl-Şaraa Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində təşkil olunacaq COP30 Liderlər Zirvəsinə qatılacaq.

 

Bu barədə ölkənin rəsmi xəbər agentliyi SANA məlumat yayıb.

 

Məlumata görə, bu məqsədlə Suriya lideri bu gün Braziliyaya gedəcək.

 

"Prezident Əhməd Şaraa dünyanın müxtəlif ölkələrindən onlarla lider və dövlət başçısının iştirakı ilə keçiriləcək görüşlərə qatılmaq üçün 6-7 noyabrda Braziliyaya rəsmi səfər edəcək", - məlumatda qeyd olunub.

 

Məlumatda o da bildirilib ki, bu, Suriyanın Prezident səviyyəsində təmsil olunduğu ilk Zirvə kimi yadda qalacaq. 

Chosen
38
6
senzor.az

10Sources