EN

Depressiya riskini artıran vərdişlər

Depressiya riskini əhəmiyyətli dərəcədə artıran vərdişlər müəyyən edilib.

Publika.az xəbər verir ki, eyni anda bir neçə pis vərdişə - yaxşı qidalanmamaq, idman etməmək, yuxu rejiminə əməl etməmək -sahib olan insanların depressiyadan əziyyət çəkmə ehtimalı xeyli yüksəkdir.

Fudan və Şanxay Universitetlərinin alimləri bu nəticəyə gəliblər.

Tədqiqat "Journal of Affective Disorders"də dərc edilib.

Bilidirilib ki, depressiya dünyada ən çox yayılmış ruhi problemlərdən biridir. Genetika, stress və həyat tərzinin onun inkişafına təsir etdiyi məlumdur. Lakin, indiyə qədər elm adamları hər bir vərdişin (məsələn, siqaret çəkmək və ya yuxusuzluq) depressiyaya təsirini əsasən ayrıca araşdırıblar.

Chosen
14
20
publika.az

10Sources