EN

Tramp Nyu-Yorkun yeni merinə kömək etməyə hazır olduğunu bildirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Nyu-York şəhərinin DemokratlarPartiyasından seçilmiş meri Zöhran Mamdaniyə şəhərin çiçəklənməsinaminə kömək etməyə hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Mayamidəbiznes forumu zamanı çıxış edərkən bildirib.

"Görək Nyu-Yorkda kommunist nə edəcək. Görək nə olacaq. BizNyu-Yorkun uğurlu olmasını istəyirik. Bəlkə onlara bir az kömək edəbilərik", - deyə D.Tramp bildirib.

Daha əvvəl D.Tramp kommunist adlandırdığı Z.Mamdaninin qalibgələcəyi təqdirdə, "minimum məbləğ istisna olmaqla" şəhərə federalmaliyyələşdirməni dayandıracağına söz verib. ABŞ prezidenti əminolduğunu bildirib ki, Mamdani qalib gələrsə, Nyu-York "tam vətamamilə iqtisadi və sosial fəlakətlə" üzləşəcək.

Chosen
87
az.trend.az

1Sources