EN

ABŞ hökuməti “şatdaun” fonunda kosmik buraxılışlara məhdudiyyətlər qoyur

BAKI, 6 noyabr. TELEQRAF

ABŞ hökuməti davam edən “şatdaun” (dövlət fəaliyyətinin qismən dayandırılması) fonunda kosmik buraxılışlara məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Brayan Bedfordd məlumat verib.

“Biz kommersiya aviasiya sektorundakı tərəfdaşlarımızla birgə tədbirlər görəcəyik, lakin bu, yalnız hava məkanını deyil, kosmik buraxılış sahəsini də əhatə edəcək”, - deyə Bedfordd bildirib.

Onun sözlərinə görə, bu addımlar hökumətin fəaliyyətindəki məhdudiyyətlərlə əlaqədar olaraq uçuş və kosmik fəaliyyətlərin təhlükəsiz və koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.

Xatırladaq ki, ABŞ-da 1 oktyabrda başlayan və bu günə qədər davam edən “şatdaun” federal hökumətin bir sıra qurumlarının işini iflic vəziyyətinə salıb.

Chosen
50
teleqraf.com

1Sources