EN

Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək - Yaşar Güler

Bakı. Trend:

Şanlı Azərbaycan ordusunun qəhrəman əsgərləri Qarabağı işğaldanazad etmək üçün möhtəşəm bir mübarizə aparıblar.

Trend-inməlumatına görə, bu barədəTürkiyə milli müdafiə naziri Yaşar GülerAzərbaycanın 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Günümünasibətilə keçirilən qəbulda çıxış edərkən deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq,dərin köklü və ortaq keçmişin mirası ilə bu günümüzü mənalı edir vəgələcək üçün birliyimizi təsdiqləyir. Y. Gülür əlavə edib ki,Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü isəTürkiyənin gücüdür.

"Türkiyə həmişə olduğu kimi, bu gün də, sabah da haqlımübarizəsində, təhlükəsizliyində və rifahında Azərbaycanın yanındaolmağa davam edəcək", - deyə nazir qeyd edib.

Chosen
77
az.trend.az

1Sources