EN

AFFA prezidenti "Qarabağ"ı təbrik edib

AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" (İngiltərə) ilə heç-heçə etməsi ilə bağlı təbrik edib.O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin "Çelsi" klubu ilə oyunda növbəti tarixi nailiyyətə imza atdı. "Qarabağ" komandasını və azarkeşlərimizi ürəkdən təbrik edir, yeni qələbələr arzulayıram", - Rövşən Nəcəf yazıb.

Chosen
19
21
anews.az

10Sources